Menu

Pentaqon yaxın günlərdə Yaxın Şərqdəki qüvvələrə qarşı yeni hücumlar gözləyir

06.08.2024, 09:53
Pentaqon yaxın günlərdə Yaxın Şərqdəki qüvvələrə qarşı yeni hücumlar gözləyir

Amerika Birləşmiş Ştatları İraqdakı Ayn əl-Əsəd aviabazasına edilən və ABŞ hərbçiləri arasında itkilərlə nəticələnən hücumdan sonra Yaxın Şərqdəki qoşunlarına qarşı daha çox hücumlar gözləyir.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi yaxın günlərdə “iranyönümlü yaraqlılar” tərəfindən bölgədəki Amerika qüvvələrinə hücumların artacağını gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol