VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq onun özü məlumat verib.
O vurğulayıb ki, namizədliyini könüllü olaraq irəli sürməyib: "Biz böyük Zəfər qazanmışıq və hər kəsin üzərinə çalışdığı sahədən asılı olmayaraq böyük məsuliyyət düşür. Mən öz üzərimə düşən məsuliyyətimi dərk edən adamam. Mənim əzəldən missiyam maarifçiliyin təbliğidir və bu istiqamətdə işlərimi daha intensiv şəkildə davam etdirəcəm. Bu seçkidə bütün layiqli namizədlərə uğurlar arzulayıram. Seçkidə səsimi ən layiqli namizədə verəcəm. Düşünürəm ki, VII çağırışın deputatları VI çağırışın deputatları kimi ölkəmizin inkişafı naminə mühüm qanunların qəbul olunmasında fəal iştirak edəcəklər. Bununla yanaşı onların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı barədə gözləntilərim böyükdür".
Qeyd edək ki, Etibar Əliyev 2020-ci ildə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib. O, VI çğaırış Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Onu da qeyd edək ki,Etibar Əliyev VI çağırış Milli Məclisin ən fəal deputatlarından biri olub.

Şərhlər
Etibar nikiylə yazana: Oxumun hədəfə dəyməyindən son dərəcə məmnunam.Nadürüstlüyə gəlincə isə,xatırlatmaq yerinə düşər ki,Hindistanda bir barda Bobbini dartan oğlan deyib ki,tərbiyəsizlər içində tərbiyəli olmaq tərbiyəsizlikdi.O məntiqlə belə çıxır ki,nadürüstlər içində dürüst olmaq nadürüstlükdür.Madam ki mən nadürüstəm,demək dürüst olduğum səbəbindəndi.Mənim təqsirim deyil ki,nadürüstər içində dürüstəm.Əbu Cəhlə də elə gəlirdi ki,özü ideal dürüstdü,ona görə Rəsulillahı aşağılayırdı.Qanammırdı ki,Rəsulillah nadürüstlər içində dürüst olduğu üçün nadürüstlərin gözündə nadürüst idi.
Ay nadürüst Dadaşyev mən onları sənin üçün yazmırdım.
Yaxşı olardı ki.səbəbimi Məzahir Pənahov açıqlayaydı.
Heyf. Yaxşı Qərb kitablarından oxuyub yaxşı sitatlar gətirirdi.Millətin ac-yalavac qismi də o gözəl sitatları yatanqarına oxuyub doyurdu,qəşş eliyib yuxuya gedirdi.Bir tək arzusu varıydı yatanların: Allaha yalvarırdılar ki,nola sabahkı gün də yeni-yeni sitatlar gətirə Qərb filosoflarından,oxuyub yenə qarnımızı doyuraq.
Xəmirimizin mayası - necə də poetik