Menu

Rusiya yenə tibb müəssisəsini vurub - Xarkovda poliklinikaya zərbə endirilib

06.08.2024, 12:20
Rusiya yenə tibb müəssisəsini vurub - Xarkovda poliklinikaya zərbə endirilib

Avqustun 6-da səhər saatlarında Rusiya qoşunları Xarkov şəhərinin mərkəzi rayonuna raket zərbəsi endirib. Nəticədə poliklinikanın binası dağıdılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Xarkovun meri İqor Terexov “teleqram” kanalında məlumat paylaşıb: "Şəhərin mərkəzi ərazisinə hücum, dağıntılar və tələfatla bağlı məlumat dəqiqləşdirilir".

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri düşmənin taktiki aviasiyasının şimal-şərq istiqamətində aktivliyi və şərq istiqamətindən ballistik silahlardan istifadə təhlükəsi barədə məlumat vermişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol