Menu

Bu il Azərbaycandakı Türkiyə şirkətləri 333 milyon dollarlıq sifariş alıb

06.08.2024, 15:17
Bu il Azərbaycandakı Türkiyə şirkətləri 333 milyon dollarlıq sifariş alıb

Türkiyə Podratçılar Birliyinin məlumatına görə 2024-cü ildə Türkiyə tikinti şirkətləri Azərbaycanda müxtəlif layihələr çərçivəsində 333 milyon dollar həcmində xidmət göstəriblər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axşambazarı” iqtisadi bülletenində dərc olunan məlumatda qeyd olunub. Bildirilir ki, bu xidmətlərin 300 milyonluq hissəsi yanvar-fevral aylarının payına düşüb.

O da qeyd olunur ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda tikintiyə 3,8 milyard manat ayrılmışdı. Başqa sözlə o dövrdə tikintiyə ölkə üzrə ayrılan vəsaitin 14%-i türk podratçıların payına düşüb.

Bülletendə o da bildirilir ki, Türkiyədən olan podratçı şirkətlər konkret və daha çox iri layihələrdə iştirak edirlər və müvafiq hesablamalar onların payı daha da yüksələcəyini göstərir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol