Menu

HAMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirib

06.08.2024, 16:30
HAMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirib

İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş HAMAS-ın siyasi qanadına rəhbərlik edəcək.

APA xəbər verir ki, bu barədə "Al-Arabiya" kanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Ətraflı Mənbələr bildirib ki, Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərviş yeni seçkilər keçirilənə qədər HAMAS-ın siyasi bürosuna rəhbərlik edəcək.

Xatırladaq ki, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə olan İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına raket zərbəsinin endirilməsi nəticəsində həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol