Menu

Paris-2024: Azərbaycan atleti 7-ci yeri tutub

06.08.2024, 23:31
Paris-2024: Azərbaycan atleti 7-ci yeri tutub

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsində mübarizə aparıb.

"Report" xəbər verir ki, 12 idmançının yer aldığı həlledici mərhələdə atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirərək ilk "səkkizliy"ə düşüb.

Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Şərhlər

Vətəndaş 2024-08-07 14:15:06

Bunu haradan gətirib artıq xərclə azərbaycan idmançısı etmisiniz?Bu oyunbazlıqdan nə zaman əl çəkəcəksiniz?Niyə Azərbaycanda idmançı yetişdirmək yaddan çıxıb,xalqın pullarını ənəbilərə xərcləyib özünüzü ağıllı hesab eirsiniz?Bu biabırçılıq deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol