Menu

ABŞ-nin İraqdakı aviabazasına hücum olub, bir neçə hərbçi xəsarət alıb

06.08.2024, 23:35
ABŞ-nin İraqdakı aviabazasına hücum olub, bir neçə hərbçi xəsarət alıb

İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına hücum nəticəsində 7 hərbçi yaralanıb, onların hamısının vəziyyəti sabitdir.

“Report” xəbər verir ki, bu barədə ABŞ hərbi rəsmisi məlumat yayıb.

O, avqustun 5-də axşam iki raketin aviabazaya düşdüyünü, nəticədə beş amerikalı hərbçinin, eləcə də iki podratçının yaralandığını vurğulayıb. Hərbçilərə aviabazada tibbi yardım göstərilir, qalan iki nəfər təxliyə edilib.

Bundan əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin və israilli həmkarı Yoav Qalant İraqda Amerika hərbçilərinin yerləşdiyi aviabazaya hücumu “təhlükəli eskalasiya” adlandırıblar.

Fələstin-İsrail münaqişəsinin daha da kəskinləşməsi başlayandan bəri İraqdakı Amerika bazaları, eləcə də Suriyadakı Amerika hərbçiləri müntəzəm olaraq atəşə tutulub. Hücumlara görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı qruplaşmalar üzərinə götürüb.

Şərhlər

dadaşyev 2024-08-07 00:16:19

ABŞ özü atıb raketi gəmilərdən.Bir-ikisini də İranın raket şousu zamanı yunan Kiprinə atacaq,deyəcək İran atanda düşüb və belə "təsadüfi raketlər" yunan Kiprinə bir də düşməsin deyə ora da böyük qoşun toplayacaq qorumaq adıyla.Türkiyə də qüvvələr balansını qorumaq üçün Şimali Kiprə əlavə qoşun yeridəcək.Qoşunlar üz-üzə dayananda isə bircə təxribat bəs edəcək ki,savaş başlasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol