Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin rəis müavini, polkovnik Oleq Çesnokov vəzifəsindən azad edilib.
Baş İdarənin mətbuat xidmətindən bildiriblər ki, Putin Çesnokovun pensiyaya çıxmaq istəyi ilə bağlı vəzifəsindən azad edilməsinə dair ərizəsini təmin edib. O.Çesnokov həmin vəzifəyə 2011-ci ildə təyin edilmişdi.
Polkovnik Çesnokov 1970-ci ildə Azərbaycanın o vaxtkı Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Rostov Dövlət İqtisadiyyat Akademiyasının hüquq fakültəsini və raket qoşunlarının Rostov Ali-Hərbi Komandanlıq Məktəbini bitirib. Hüquq elmləri namizədidir. 1999-cu ildən daxili işlər orqanlarında xidmət edib. /virtualaz.org


Şərhlər