Menu

Estoniya Rusiya ilə sərhədə sərt nəzarət tətbiq edir – Hər kəsi yoxlayacaqlar...

08.08.2024, 11:40
Estoniya Rusiya ilə sərhədə sərt nəzarət tətbiq edir – Hər kəsi yoxlayacaqlar...

Estoniya hakimiyyəti avqustun 8-də Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edib. İndi sərhədi keçən bütün şəxslər, eləcə də bütün yüklər yoxlanılacaq. Əvvəllər yoxlama təsadüfi aparılırdı.

Estoniyanın Baş naziri Kristen Mixalın sözlərinə görə, sanksiya tətbiq edilən malların Estoniya ərazisindən daşınmasının qarşısını almaq üçün tam gömrük nəzarəti tətbiq edilir. Ölkənin maliyyə naziri Yurgen Liqa belə mallar arasında “çox şübhəli şeylər”in – məsələn, hərbi və ya qarışıq istifadə üçün nəzərdə tutulan əşyaların olduğunu açıqlayıb.

“Çox vaxt bəyannamədə təyinat yeri kimi üçüncü ölkələr göstərilir, lakin biz buna inanmırıq. Təcrübə göstərir ki, təyinat yerinə gedən yolda – əsasən Asiya ölkələrində – bu məhsul Rusiya əraziləri arasında bir yerdə dayanır,” –nazir qeyd edib.

Estoniya Baş nazirinin sözlərinə görə, sərhədi piyada keçərkən gömrükçülər hər bir şəxsi və onların baqajını yoxlayacaqlar. Əgər şəxs avtomobillə sərhədi keçərsə, o zaman nəqliyyat vasitəsinin özü və içindəki əşyalar yoxlanılacaq. Avtobus sərnişinləri baqajları ilə birlikdə axtarışa veriləcək. Bu tədbir Narva, Koidula və Luhamaa keçid məntəqələrinə təsir edəcək.

Daha əvvəl bildirilmişdi ki, Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti yaratmağı və 600 beton bunkerin tikintisinə 2025-ci ildə başlanmağı planlaşdırır. Müdafiə xəttinə həmçinin tank əleyhinə maneələr və tikanlı məftilli maneələr də daxil olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol