İran hakimiyyəti HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə qarşı kütləvi hücum planlarından imtina edə bilər.
“Politico” mənbələrinin məlumatına görə, ABŞ hesab edir ki, Tehran artıq müvafiq qərar qəbul edib və yaxın gələcəkdə zərbə planlaşdırmır.
Amerika rəsmiləri də əmindirlər ki, İran Vaşinqtonun genişmiqyaslı hücum planlarına yenidən baxmaq çağırışına qulaq asacaq, çünki İsrailin Tehrandakı əməliyyatı zamanı bir dənə də olsun İran vətəndaşı xəsarət almayıb.
ABŞ diplomatik mənbələr vasitəsilə kütləvi zərbənin regionda gərginliyi artıracağı və İranla İsrail arasında birbaşa qarşıdurma riski yaradacağına dair xəbərdarlıqlarını çatdırıb.
İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. Haniyə ora İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə gəlib. İran hücumda İsraili günahlandırıb. Qətlə görə məsuliyyəti İsrail tərəfi öz üzərinə götürüb.
Avqustun əvvəlində ABŞ İranın İsrailə qarşı gözlənilən zərbəsi barədə məlumat aldığını bildirib. İsrail tərəfi isə Tehrandan Macarıstan üzərindən potensial hücumla bağlı xəbərdarlıq aldığını bəyan edib.
İsrail mediası həmçinin yazıb ki, ölkənin kəşfiyyat xidmətləri Tehrandan hücum qaçılmaz hesab edilərsə, İrana qabaqlayıcı zərbə endirməyi müzakirə edir.
“AzPolitika.info”


Şərhlər