Menu

“CƏSARƏTLİ OLUN” - Putin Kurskun qubernatoru ilə danışıb + VİDEO

08.08.2024, 19:12
“CƏSARƏTLİ OLUN” - Putin Kurskun qubernatoru ilə danışıb + VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovla danışıb. 

“AzPolitika” xəbər verir ki, Putin qubernatoru “cəsarətli və soyuqqanlı” olmağa çağırıb:

Əlbəttə, mən bütövlükdə vəziyyəti bilirəm, lakin buna baxmayaraq, hazırda regiondakı vəziyyətlə bağlı qiymətləndirmənizi dinləmək istərdim. Bugünkü vəziyyət hakimiyyətin bütün qollarının qarşısında duran çətin, qeyri-adi vəzifələrin həllində cəsarət və soyuqqanlılıq tələb edir”.

Putin əlavə edib ki, bölgənin təhlükəli ərazilərini tərk edən Kursk vilayətinin sakinlərinə 10 min rubl birdəfəlik ödəniş veriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol