Hazırda Ukrayna Rusiyanın Kursk vilayətinin Sudja şəhərində vacib qazölçmə məntəqəsinə tam nəzarət edir. 

“AzPolitika” xəbər verir ki, bunu “The Washington Post” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin adını çəkmədiyi müşavirinə istinadla yazıb.

Bəzi analitiklər hesab edirlər ki, Kiyevin Kursk hücumundakı məqsədlərindən biri Rusiya təbii qazını Avropaya nəql edən boru kəmərinin son əməliyyat yükləmə nöqtəsi olan məntəqəni nəzarətə götürməkdir ki, buna da nail olub.

Həmçinin qeyd edilir ki, Rusiya Milli Qvardiyası Sudja şəhərindən təxminən 70 km şimal-şərqdə yerləşən Kursk AES ətrafında təhlükəsizlik tədbirlərini artırıb.

“AzPolitika.info”