Menu

“Tramp seçkidə uduzsa, qan tökə bilər” – Bayden

08.08.2024, 21:41
“Tramp seçkidə uduzsa, qan tökə bilər” – Bayden

“Əgər Donald Tramp seçkidə uduzsa, hakimiyyətin dinc yolla ötürülməsini təşkil etməyin mümkün olacağına əmin deyiləm”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden CBS telekanalına müsahibəsində deyib:

“Biz Trampı ciddi qəbul etmirik, lakin o, həmişə nə düşündüyünü deyir. Onun məğlub olacağı təqdirdə qan töküləcəyi ilə bağlı iddiası da həmin bəyanatlarına aiddir”, - deyə Bayden bildirib.

Xatırladaq ki, Tramp mart ayında Ohayo ştatında seçkiqabağı mitinq zamanı seçkilər zamanı qan tökülməsini mümkün sayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol