Qarabağ Dirçəliş Fondu 31 dekabr 2023-cü il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan”ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.
“AzPolitika” xəbər verir ki, Fondun maliyyə hesabatları 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.
Fonda 2023-cü il ərzində ümumilikdə 206,485,811 manat ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Hesabatda qeyd olunur ki, Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 47,195,993 manat maliyyə gəliri əldə edib və bu, keçən ilin göstəriciləri ilə müqayisədə 37% artıb. Nəticədə, investisiya gəlirlərinin Fondun ümumi gəlirlərində payı 1%-dən 18,6%-ə qədər yüksəlib.
Bununla da, 31 dekabr 2023-cü il tarixinə Fondun cəmi aktivlərinin həcmi 19% və ya 238,9 milyon manat artaraq 1,477,065,244 manata çatıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
“AzPolitika.info”


Şərhlər