İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunis yaşayış məntəqəsinə yenidən qurudan hücuma keçdiyini açıqlayıb.
İsrail Ordusunun sözçüsündən verilən açıqlamaya görə, İsrail qüvvələri Qəzzanın cənubundakı Xan Yunus bölgəsinə 98-ci briqadanın da iştirakı ilə qurudan hücum edib. İsrail ordusunun eyni bölgədə 30 nöqtəyə hava hücumu təşkil etdiyi də bildirilib.
Qeyd edək ki, bu, ABŞ, Misir və Qətərin Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üçün avqustun 15-də Qahirədə və ya Dohada danışıqlara yenidən başlamaq çağırışından sonra baş verib.
“AzPolitika.info”


Şərhlər