Menu

Putin yeni məhdudiyyətlər tətbiq edəni qanunları imzaladı – Nələr var?

09.08.2024, 14:44
Putin yeni məhdudiyyətlər tətbiq edəni qanunları imzaladı – Nələr var?

Bu gün Rusiya Prezidenti Vladimir Putin müxtəlif kateqoriyalı vətəndaşlar üçün yeni məhdudiyyətlər tətbiq edən ondan çox qanun imzalayıb.

Xüsusilə, o, auditoriyası 10 min nəfərdən çox olan bloq və kanalların sahibləri üçün internetdə anonim fəaliyyətə qadağa qoyub. Bundan sonra qanun tələbinə görə onlar “Roskomnadzor”-a özləri haqqında məlumat verməli olacaqlar.

Prezident hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçulara mobil telefonlardan istifadə etməyi qadağan edi. Bu pozuntuya görə onları məhkəməsiz 10 sutkaya qədər həbs edə bilərlər.

Putin daha sonra yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan etdi.

Ədəbi əsərlərdə narkotik vasitələrin “təbliğatı”na qadağa qoyulub.

Qadağalar sırasında bir Rusiya vətəndaşı tərəfindən qeydiyyata alına bilən SİM kartların sayının iyirmi ilə məhdudlaşırılması da var.

Putin hərbi qeydiyyata düşməkdən imtina etdikdə Rusiya vətəndaşlığından məhrumetmə və miqrantlar üçün yeni miqrasiya rejiminin tətbiqi haqqında da qanunlar imzalayıb.

Putinin imzaladığı qanunlar arasında vətəndaşların hüquqlarını genişləndirən qanunlar arasında məhkəmə icraçılarının odlu silahdan istifadə hüququ ilə bağlı sənəd də var.

“AzPolitika.info”

Şərhlər

RR 2024-08-09 14:51:07

Bele ólkeni mehv eledi bu insan! bunu baqishlamaz rusdar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol