Menu

Politoloq Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub

09.08.2024, 15:38
Politoloq Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub

Politoloq Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə Turan-a analitik özü bildirib.

Qadağa Cəfərlinin “Toplum” TV İnternet kanalı ilə əməkdaşlığı ilə əlaqədar tətbiq edilib. Belə ki, 2023-cü ilin noyabrında bu kanala qarşı cinayət işi açılıb.

Bundan əvvəl Cəfərli Bakı Şəhər Baş Polis İdarəsində bu iş üzrə şahid qismində dindirilib.

Şahin Cəfərli “Toplum” TV-də proqram aparıcısı olub.

Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol