Menu

Qeydə alınan namizədlərin adları yaxın saatlarda açıqlanacaq – MSK-dan açıqlama

09.08.2024, 17:12
Qeydə alınan namizədlərin adları yaxın saatlarda açıqlanacaq – MSK-dan açıqlama

“Yaxın saatlarda qeydə alınmış namizədlərin adları Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunacaq”.

Bunu “AzPolitika”-nın sorğusuna cavabında qurumun mətbuat katibi Şahin Əsədzadə bildirib.

“Seçki Mcəlləsinə görə, qeydə alınmış namizədlərlə bağlı məlumatlar seçkilərə 20 gün qalmış MSK-nın saytına yerləşdirilməlidir. Bu müddətə qanunda göstərilən müddətdən də çox vaxt qalıb. Buna baxmayaraq, namizədlərlə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq”, - Ş.Əsədzadə qeyd edib.

MSK-nın Seçkilər İnformasiya Mərkəzində 1 sentyabr parlament seçkiləri ilə bağlı ayrıca bölümün hələ də olmamasının səbəbi barədə suala cavabında mətbuat katibi deyib ki, bu barədə araşdırma apardıqdan sonra saytımza məlumat verəcək.

“AzPolitika.info” 

Şərhlər

Realist 2024-08-09 17:21:02

MSK daha dəqiqdirsə mandat verəcəyi şəxslərin adlarını açıqlasın.Guya namizəd siyahisinin bir mənası var?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol