Menu

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

10.08.2024, 09:08
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahıları dərc edilib.

"AzPolitika" xəbər verir ki, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunmasını səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir.

Qeyd edək ki, siyahı ilə bu linkə keçid etməklə tanış olmaq olar.

Şərhlər

Mubariz 2024-08-10 11:39:23

Siyahıya baxanda adamın gülməyi gəlir , JEK ,Bələdiyyə ,məktəb müəllimləri ,işsizlər ordusu və s .Utanıb oynamaq buna deyirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol