Menu

Parlament seçkilərində ən çox deputatlığa namizədin qeydə alındığı dairə məlum olub

10.08.2024, 10:24
Parlament seçkilərində ən çox deputatlığa namizədin qeydə alındığı dairə məlum olub

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar ən çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb.

APA-nın xəbərinə görə, bu dairədə 13 deputatlığa namizəd qeydə alınıb.

Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir. Bu dairələr 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi və 76 saylı Lənkəran-Masallı Seçki Dairəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol