Yeni Azərbaycan Partiyası 17 saylı Yasamal üçüncü seçki dairəsindən “güclü“ namizəd irəli sürməyib.
“AzPolitika” xəbər verir ki, hakim partiya bu dairədən öz üzvü, Torpaqşünaslıq və Aqrokimiya İnstitutunun laboratoriya müdiri Zaman Məmmədovu müdafiə edir.
Müsavat Partiyası həmin dairədən BDU Filologiya kafedrasının dosenti Nüşabə Sadıxlının namizədliyini irəli sürüb. Habelə Ədalət Partiyası Avrasiya Universitetinin dekanı Mütəllim Rəhimlini, Ana Vətən Partiyası sədr müavini Yalçın Hacızadəni namizəd göstərib.
Qalan 5 namizəd isə bitərəf olmaqla müxtəlif peşələrin təmsilçilərdir.
17 saylı dairədən Müsavat Partiyasının namizədinin mandat alması ehtimalı var.
“AzPolitika”-ya məlumatlı mənbələrdən daxil olan məlumata görə, hakim partiya bu dairədı də müxalifətçilərin rəqabət aparmasına şərait yaradıb...
“AzPolitika.info”


Şərhlər