Menu

Neft 43 dollara düşə bilər

08.12.2014, 19:18
Neft 43 dollara düşə bilər

Mərkəzi ABŞ-da olan Morgan Stanley sərmayə bankı, neft qiymətlərindəki enişin 2015-ci ildə davam edəcəyini və barelinin qiymətinin 43 dollara qədər geriləyə biləcəyi proqnozunu verib.

Morgan Stanleyin hazırladığı hesabatda, Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) istehsal miqdarı üzərində müdaxiləsi olmadan bazarlardakı risklərin balanssızlaşacağı və neft təklifi çoxluğunun 2015-in ikinci rübündə pik səviyyəyə çatacağı qeyd edilib.

Neft qiymətlərinin 2015-in ilk rübündə 57 dollara qədər düşə biləcəyi qeyd edilən hesabatda, qiymətlərin ikinci rübdə 43 dollar səviyyəsinə qədər geriləyəcəyi proqnozu verilib.

Morgan Stanley, ancaq bazarların 2015-ci ilin ikinci yarısında sabitləşə biləcəyini və buna aşağı olan neft tələbinin artmasının və ABŞ-dakı neft istehsalının yavaşlamasının təsir göstərəcəyi vurğulanıb.

Hesabatda, gələn ilin üçüncü rübündə neftin barelinin qiymətinin 48 dollar, dördüncü rübündə isə 65 dollar olacağı nəzərdə tutulub.

Hesabatda, neft qiymətlərinin uzun müddət aşağı qalmasının sərmayələri azaldacağına, bunun isə 2017 və 2018-ci illərdə bazarlarda daha az neft təklifinə səbəb olacağına diqqət çəkilib. Təklifin düşməsiylə 2017-ci il üçün neftin barelinin qiymətinin 75 dollar olacağı, hətta qiymətlərin 115 dollara qədər yüksələ biləcəyi qeyd edilib.

Hesabatda, 2018-ci il üçün isə qiymətlərin ən aşağı 80, ən yüksək 120 dollar ola biləcəyi qeyd edilib.

OPEC, 27 Noyabrda Viyanada keçirdiyi toplantısında, düşən qiymətlərə baxmayaraq hasilatın azaldılmasına getməmək qərarı çıxararaq 2015-in ilk yarısında istehsal kvotasını gündəlik 30 milyon bareldə saxlayacağını açıqlamışdı. Qərarın ardından, iyundan bu yana ucuzlaşmaqda olan brent neftinin barelinin qiyməti, keçən həftə son beş ilin ən aşağı səviyyəsi olan 67,17 dollara qədər gerilədi. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol