Menu

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib - FOTO

10.08.2024, 21:03
Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib.

Təbrik paylaşımında deyilir:

"Əhsən! Sizinlə fəxr edirəm!

Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol