Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycan daha bir medal əldə edib.
“Report” xəbər verir ki, sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda yarışda qələbə qazanmaqla Azərbaycanın aktivinə növbəti mükafatı əlavə edib.
Bu gün mübarizəyə başlayan Maqomedxan Maqomedov (97 kq) yarımfinalda məğlub olub. Təmsilçimiz sabah bürünc medal qazanmaq şansından maksimum yararlanmağa çalışacaq.
Qızıl medal qazanacağına böyük ümidlər bəslənilən Hacı Əliyev isə Paris olimpiadasını mükafatsız başa vurub. 1/4 finalda uduzduğu rəqib finala vəsiqə qazana bilmədiyindən güləşçimiz Fransadan əliboş dönməli olub.
Bu gün Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da səhnəyə çıxıb. Ən güclü “8-lik” arasında yer alan millimiz 66.450 xalla 5-ci pilləni tutub. Bu da Azərbaycanın indiyəqədərki ən yüksək nəticəsi kimi tarixə düşüb. Daha əvvəl bədii gimnastika komandamız Pekin-2008-də 7-ci, Tokio-2020-də isə 10-cu yeri tutmuşdu.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə bürünc medala sahib çıxıb.


Şərhlər
Azərbaycan xarici ölkə idmançılarının Azərbaycan bayrağı altına çıxışa cəlb etməklə vəsait itkusindən başqa nə qazanır? Medal və mükafat onlarla öz ölkələrinə aparılır.hələ əlavə Azrbaycandan da mükafat
verilir.Azərbaycana hamıya məlum olan isə saxta ad qalır ki.bu da maddi vəsaitlərin əvəzi ola bilməz!O zaman Azərbaycan Udman və gənclər nazirliyinin fəaliyyətinin şübhəli olduğu və ölkə idmanının geriləməsinə yol verdiyi ortada deyilmi7 Bəs buna hakimiyyət necə baxır?
Bu saytlara nezaret eden sexslerin sechiminde esas nezere alinan gosterici boyunun yoghunlughu olmamalidir. Onsuzda bashqa bir chox sahelerde esas gosterici odur, hech olmasa internet saytlarda biraz insan kimi davranin