Menu

Göyçayda avtomobil qaçıran şəxs saxlanılıb

11.08.2024, 12:36
Göyçayda avtomobil qaçıran şəxs saxlanılıb

Göyçay şəhər sakini ona məxsus minik avtomobilinin yaşadığı evin qarşısından qaçırılması barədə polisə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Rəşad Abdullayev saxlanılıb. Qaçırdığı avtomobil isə rayon ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol