Menu

Bakıda külək güclənib, bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA

11.08.2024, 17:39
Bakıda külək güclənib, bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Avqustun 11-i saat 17:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən xəbərə görə, əsasən Daşkəsən, Balakən, Zaqatala, Gədəbəy, Şəki, Qax, Qusar rayonlarında arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Neftçala, Culfada 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Daşkəsən, Sarıbaş (Qax), Laza (Qusar), Şahdağda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol