Menu

Ukraynanın Kursk AES-i tutmaq planı... - “Bu cür “qulpsuz çamadan” bizim nəyimizə lazımdır?"

13.08.2024, 15:05
Ukraynanın Kursk AES-i tutmaq planı... - “Bu cür “qulpsuz çamadan” bizim nəyimizə lazımdır?"

Bəzi Rusiya mətbu orqanlarının iddiasına görə, Ukraynanın Kursk vilayətindəki hücumunun məqsədlərindən biri Kursk AES-in tutulmasıdır.

Ukrayna hərbçiləri çətin ki, Kursk Atom Elektrik Stansiyasını ələ keçirsinlər, çünki bu, Rusiyadan çox Ukraynaya mənfi təsir göstərəcək.

“AzPolitika” xəbər verir ki, bunu ukraynalı ekspertlər yerli mətbuata açıqlamalarında deyiblər.

Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun əməkdaşı, Fizika-riyaziyyat elmləri doktoru Lyudviq Litvinski deyib ki, Kursk AES-in ələ keçirilməsi Ukraynanın maraqlarına uyğun deyil: "Atom elektrik stansiyasını kim ələ keçirsə, nüvə təhlükəsizliyi üçün tam məsuliyyəti də o daşıyır. Bu cür “qulpsuz çamadan” bizim nəyimizə lazımdır?"

Ukrayna Razumkov Mərkəzinin enerji proqramları üzrə direktoru Vladimir Omelçenko isə Kursk AES-in Zaporojye AES-lə dəyişdirilməsinə dair müzakirələri spekulyasiya hesab edir. Onun fikrincə, ruslar heç bir mübadilə ilə razılaşmayacaqlar və stansiyanın ələ keçirilməsi Ukraynaya qarşı güclü informasiya kampaniyasının təşviqi üçün istifadə olunacaq.

O, qeyd edib ki, Rusiya üçün müəyyən çətinliklərə baxmayaraq, Kursk AES-ə nəzarətin nəzəri cəhətdən ələ keçirilməsi Ukraynaya daha pis təsir göstərəcək. Bu ssenaridə MAQATE Ukraynanın təhlükəsizlik qaydalarını pozduğunu, təhlükəli presedent və fövqəladə vəziyyət yaratdığını qeyd edəcək: “Bütün bunlar mediada, bir çox ölkələrdə təbliğ olunacaq, ona görə də bilmirəm, Kursk AES bizə lazımdır, ya yox. Çünki o zaman bizi Zaporojye AES-i ələ keçirən və orada davamlı olaraq eksperimentlər aparan terrorçularla(Rusiya ordusu nəzərdə tutulur-red.) eyniləşdirə bilərlər".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol