Ukrayna qüvvələri Rusiyanın bahalı və nadir radarlarından birini məhv edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, söhbət “39N6 Kasta-2E2” erkən xəbərdarlıq radarından gedir.
Məlumatda deyilir ki, belə bir radiolokasiya stansiyasının qiyməti konfiqurasiyasından asılı olaraq 60 milyon dollardan başlayır. Qeyd olunur ki, bu radar Ukrayna hava məkanına nəzarət edən Rusiya hava hücumundan müdafiə sisteminin “gözü” idi. Kəşfiyyat xidməti bildirib ki, Rusiya onu arxa xətdə diqqətlə gizlədir və tez-tez yerini dəyişdirmiş.
Lakin SBU-nun 13-cü Baş İdarəsinin hərbi əks-kəşfiyyat zabitləri radarın izinə düşə bilib. Radarın məhv edildiyi istiqamət açıqlanmır.
“AzPolitika.info”


Şərhlər