Menu

"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib

14.08.2024, 22:01
"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib

"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) ilə qarşılaşacaq.

III təsnifat mərhələsində “Fehervar”ı (Macarıstan) hər iki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyən kiprlilər pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol