Menu

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

15.08.2024, 11:08
Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

“APA-Economics” xəbər verir ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Şərhlər

Kasıb 2024-08-15 14:14:13

Kasıb, çörək puluna möhtac olan əhalini qiymət artımı, işsizliklə bu qədər yükləməklə nə etmək istəyirsiniz. Din iman yoxdur sizdə. Heç olmasa bir az insaniyyətliyi unutmayın. Xalqı dalana dirəməyin.

Azad 2024-08-15 13:25:17

13.08.2024-ci il tarixində 21 azn ,internet və telefon üçün 202821033 nomrəsinə ödəniş etmişəm. 15.08.2024-ci il tarixində xəttimi bağlayıblar. 6 manat əlavə ödəniş etdikdən sonra internet bərpa edilib.
Ancaq 100 mbit/c sürət yoxdur. Belə çıxır ki yenə abunəçiləri həmişəki kimi Aztelekom aldatdı. Pulu aldılar və artırılmalı olan sürəti vermədilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol