Menu

Əsgər xəstəlikdən vəfat edib - FOTO (Yenilənib)

15.08.2024, 20:40
Əsgər xəstəlikdən vəfat edib  - FOTO (Yenilənib)

Daxili Qoşunların müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Sərxan Nəriman oğlu avqustun 14-də xəstəlikdən vəfat edib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

"Hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Sərxanın atası Nəriman Qurbanov Qarabağ müharibəsi qazisidir.

Fotoda Sərxan və atası

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol