Menu

“Ukrayna Kursku işğal etməkdə maraqlı deyil, amma...” - Podolyak Kiyevin məqsədini açıqladı

15.08.2024, 15:25
“Ukrayna Kursku işğal etməkdə maraqlı deyil, amma...” - Podolyak Kiyevin məqsədini açıqladı

Rusiyanın sərhədyanı rayonlarında, xüsusən də Kursk vilayətində ukraynalılar müstəsna olaraq təhlükəsizlik işləri ilə məşğuldurlar.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak öz sosial şəbəkə səhifəsində yazıb.

O, qeyd edib ki, Ukraynanın Kursku işğal etmək fikri yoxdur: “Ukrayna bu ərazilərin işğalında maraqlı deyil, lakin o, Rusiyanın bir çox hərbi obyektlərinin faktiki məhv edilməsində, Rusiya qoşunlarının Ukrayna ərazisinə artilleriya və ballistik raket hücumları hüdudlarından kənara çıxarılmasında, Ukrayna sərhədləri ətrafında təhlükəsizlik zolağının yaradılmasında, buradakı hərbi maddi-texniki baza və infrastrukturun (o cümlədən anbarlar, bazalar, təlim mərkəzləri və avadanlıqların cəmləşdiyi ərazilər) məhv edilməsində maraqlıdır”.

Podolyak onu da qeyd edib ki, Ukrayna və Rusiya müxtəlif müharibələr aparır: “Əgər Rusiya Ukraynaya qəsdən dinc sakinləri öldürmək və onun ərazisini işğal etmək məqsədi ilə hücum edibsə, bu, qeyd-şərtsiz müharibə cinayətidir. Deməli, Ukrayna öz əhalisinin müdafiəsini təmin etmək üçün təcavüzkarın ərazisi də daxil olmaqla müstəsna müdafiə müharibəsi aparır və bu, onun qeyd-şərtsiz hüququdur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol