Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Sudja şəhərindən şərqə doğru 3 km irəliləyib. Şəhərin şərqindəki bir sıra yaşayış məntəqələrində döyüşlər davam edir. Bunlar Mirnı, Bondarevka və Mixaylovka kəndləridir.
“AzPolitika” xəbər verir ki, bunu “BILD” nəşrinin tanınmış eksperti Julian Repke yazıb.
O, qeyd edib ki, artıq indi Ukrayna Silahlı Qüvvələri həmin kəndlərə nəzarəti ələ keçirib: “Rusiya mənbələri avqustun 12-də Ukrayna Silahlı Qüvvələrinin Mirnıda olduğunu elan etdikdən və avqustun 14-də rus qoşunları Bondarevkada ukraynalılara uzaq mənzilli “Lancet” PUA-ları ilə hücum etdikdən sonra indi əminəm ki, Ukrayna bütün Sudjanı ələ keçirib. Yuxarıda göstərilən iki yaşayış məntəqəsi kimi Ukrayna Silahlı Qüvvələri Mixaylovkanı da nəzarətə alıb. Kənd Sudjadan 3 km şərqdə yerləşir”.
Onun sözlərinə görə, Ukrayna hücumunun şimal-qərb cinahında ukraynalılar Vnezapnoye kəndinə daxil olublar. Bundan əlavə, Korenevo rayon mərkəzinə doğru hücum və Rusiya hərbçiləri ilə şiddətli döyüşlər davam edir.
“AzPolitika.info”


Şərhlər