Menu

“Əsas zərbə Kurska yox, Krıma endiriləcək” - Strelkov yenə peyda olub

16.08.2024, 17:41
“Əsas zərbə Kurska yox, Krıma endiriləcək” - Strelkov yenə peyda olub

Rusiyalı terrorçu İqor Strelkov(Qirkin) Ukraynanın Kursk bölgəsinə hücumunu yayındırıcı manevr adlandırıb. 

“AzPolitika” xəbər verir ki, onun həbsxanadan yazdığı məktubun bir hissəsini həyat yoldaşı Miroslava Reqinskaya “teleqram” kanalında yayımlayıb.

Strelkovun sözlərinə görə, Ukrayna ordusu işğal altındakı Krım istiqamətində daha böyük zərbə endirməyi planlaşdırır: "Mən Ukraynanın Kursk bölgəsindəki zərbəsini yayındırıcı hesab edirəm. İkinci zərbəni gözləməliyik, hansı ki, onlar əsasən qalan ehtiyatlarını və aviasiyanı(F-16) istifadə edəcəklər. Çox güman ki, bu, Krım istiqamətində olacaq”.

Xatırladaq ki, Strelkov 2024-cü ilin əvvəlində Rusiyada “ekstremizmə ictimai çağırışlar” ittihamı ilə həbs olunaraq, dörd il müddətinə azadlıqdan məhrum edilib. O, sistemli şəkildə hərbi rəhbərliyi və Putinin özünü tənqid edərək, onları Ukraynaya qarşı müharibədəki uğursuzluqlarda günahlandırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol