Menu

Qızılın qiyməti tarixi maksimuma çatıb

16.08.2024, 23:05
Qızılın qiyməti tarixi maksimuma çatıb

Cümə günü ticarət zamanı qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən tarixi maksimuma çatıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” “Trading Economics”ə istinadən məlumat yayıb.

“Comex” birjasında qızılın sentyabr fyuçersləri 1 unsiya üçün 2 493 ABŞ dollarına satılır. Bu, öncəki sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə demək olar 1,4 % bahalaşma deməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol