Menu

İsrail Suriyanı Rusiya silahlarına görə bombalayıb – İDDİA

09.12.2014, 00:13
İsrail Suriyanı Rusiya silahlarına görə bombalayıb – İDDİA

Ötən gün İsrailin Suriyada hava əməliyyatı apardığı xəbəri yayılmışdı. Həmin xəbərlərlə bağlı yeni iddia ortaya çıxıb.

Belə ki, İsrailin hava zərbələrinin əsas məqsədinin Rusiyadan Şama gətirilən S-300 raket komplekslərini məhv etmək olduğu bildirilib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə yayımlanan “Əl-Qüds Əl-Ərəbi” qəzeti bu iddia ilə çıxış edib.

Məlumata görə Şam hava limanına yerləşdirilən S-300-lərin Livandakı Hizbullah təşkilatına təhvil verilməsi planlaşdırılıb. Suriya hökuməti isə bildirib ki, İsrailin hava zərbələri Suriyanın İŞİD-ə qarşı apardığı əməliyyatları zəiflətmək məqsədi daşıyıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Suriya xarici işlər naziri Valid Muallimlə Soçidə görüşəndən sonra S-300-lərin Şama verilməsi haqqında iddialar ortaya çıxmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol