Menu

Kurskdan reportaj Kremli qəzəbləndirdi – İtaliya səfiri Rusiya XİN-ə çağırıldı

17.08.2024, 13:21
Kurskdan reportaj Kremli qəzəbləndirdi – İtaliya səfiri Rusiya XİN-ə çağırıldı

İtaliyanın Moskvadakı səfiri Sesiliya Piccioni Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, diplomat İtaliyanın “Rai 1” telekanalının müxbirinin Kursk vilayətinin Sudja şəhərindən verdiyi xəbərə etiraz etmək üçün dəvət edilib.

XİN-in bəyanatında deyilir ki, jurnalistlər Rusiya ərazisinə qanunsuz daxil olublar. Diplomata jurnalistlərin cinayət törətdiyi deyilib.

Xarici İşlər Nazirliyi həmçinin çəkiliş qrupunu “jurnalist etikasını” pozmaqda və “Kiyev rejiminin cinayətlərinə təbliğat dəstəyini ağartmaqda” ittiham edib. İtaliya tərəfinin reaksiyası barədə məlumat verilmir.

“Rai 1” TV avqustun 14-də Sudjadan reportaj dərc edib. Müxbir Stefani Battistini bildirib ki, o, Ukrayna hərbçiləri ilə birlikdə Kursk vilayətinə gəlib. Jurnalist şəhəri tərk etməyən yerli sakinlərlə söhbət edib. Avqustun 16-da CNN də Ukrayna tərəfində, Rusiya ilə sərhəddən reportaj verib. O, süjetdə sərhəd keçid məntəqəsini və Rusiya ərazisinə sərbəst daxil olan Ukrayna texnikasını göstərib. Amma jurnalist sərhədi keçməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol