Menu

Sudjada əhali mağazaları qarət edir – Ukrayna hərbçiləri qarışmır

18.08.2024, 00:00
Sudjada əhali mağazaları qarət edir – Ukrayna hərbçiləri qarışmır

Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin Sudja şəhərində yerli sakinlər nəzarətsiz qalan mağaza və aptekləri qarət edirlər.

“AzPolitika” xəbər verir ki, bununla bağlı kadrlar “teleqram” kanallarında yayımlanır.

Videolardan göründüyü kimi, talanları Rusiya hakimiyyətinin taleyin ümidinə buraxdığı yaşlı qadınlar həyata keçirir. Ukrayna hərbçiləri onların qarşısını almır. Hərbçilərdən biri videogörüntüdə mağazanı qarət edən qadınlara deyir: “Bu, düzgündür. Bunlar hamısı sizindir, bizim deyil”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol