İranın dəstəklədiyi Husi milisləri 2014-cü ildə Yəməndə münaqişə başlayandan bəri 10 minə yaxın uşağı öz sıralarına cəlb edib.
Avropa-Aralıq dənizi İnsan Haqları Monitoru və Yəməndə vətəndaş hüquqları təşkilatı olan SAM Hüquq və Azadlıqlar Təşkilatının məlumatına görə, işə qəbul 2014-2021-ci illər arasında həyata keçirilib.
“Human Rights Watch”-un hesabatında deyilir ki, təşkilata qəbul edilənlərin əksəriyyəti 13-25 yaş arasındadır.
BMT 2010-cu ildən bəri Husilər tərəfindən uşaqların işə götürülməsi və ya istifadəsi ilə bağlı ən azı 1851 fərdi hadisəni araşdırıb.
SƏMLA
“AzPolitika.info”


Şərhlər