Menu

“Sülh təklifimiz hələ də masadadır” - Kreml

19.08.2024, 15:01
“Sülh təklifimiz hələ də masadadır” - Kreml

“Ukrayna üçün sülh təkliflərimizi ləğv etməmişik. Təklifimiz hələ də masadadır”.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Bakıda jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, sülh təkliflərinin qüvvədə olduğunu, lakin Kurskdakı vəziyyətə görə hazırkı mərhələdə danışıqlar apara bilmədiklərini bildirib.

“İndiki mərhələdə sözügedən avantüranı (Kurskdakı vəziyyəti) nəzərə alaraq, danışıqlar aparmayacağıq. Hazırda danışıqlar aparmaq məqsədəuyğun deyil”, - deyə o bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol