Menu

İranda daha bir neçə məhbus edam edilib

19.08.2024, 16:21
İranda daha bir neçə məhbus edam edilib

İranın Şiraz əyalətinin Adilabad zindanında üç məhbus dar ağacından asılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə İranın insan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, edam hökmləri həyata keçirilən məhbuslardan ikisi narkotik qaçaqmalçılığında, digər biri isəqəsdən adam öldürməkdə günahlandırılıb.

Qeyd edək ki, bu il İran zindanlarında edam edilən məhbusların sayı 400-ə yaxınlaşıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol