Menu

“Rusiyanin sülh təklifi qüvvədədir, amma...” – Putinin köməkçisi açıqaldı

19.08.2024, 17:33
“Rusiyanin sülh təklifi qüvvədədir, amma...” – Putinin köməkçisi açıqaldı

Rusiyanın Ukraynadakı müharibə ilə bağlı sülh təklifləri ləğv edilməyib, lakin indiki mərhələdə Moskva Kiyevlə danışmayacaq.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

“İndiki mərhələdə bu avantüranı (Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki əməliyyatı – red.) nəzərə alaraq, biz danışmayacağıq... Hazırda əlbəttə ki, hər hansı danışıqlar prosesinə girmək yersiz olardı”.

Lakin o, belə bir prosesin nə vaxt başlaya biləcəyi sualına da cavab verə bilməyib: “Bilmirəm, hər şey vəziyyətdən, o cümlədən döyüş meydanındakı vəziyyətdən asılıdır”.

Xatırladaq ki, bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hazırda Ukrayna ilə birbaşa və ya dolayı danışıqların aparılmadığını deyib. Eyni zamanda, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin avqustun 6-da Kursk bölgəsinə başlayan hücumu atəşkəslə bağlı danışıqlara başlamaq imkanını aradan qaldırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol