Menu

Moldovada prezidentliyə 17 namizəd var – İkinci tur qaçılmaz görünür

19.08.2024, 19:13
Moldovada prezidentliyə 17 namizəd var – İkinci tur qaçılmaz görünür

Moldovada başlayan seçki dövrü oktyabrın 20-də başa çatacaq.

“AzPolitika” xəbər verir ki, həmin gün səsvermədə respublika vətəndaşları nəinki yeni prezidenti seçəcək, həm də referendumda Kişinyovun Avropa İttifaqına inteqrasiyaya ehtiyacı olub-olmaması barədə qərar verəcəklər.

Artıq bir çox siyasətçilər seçkilərdə iştirak edəcəklərini rəsmən bəyan ediblər. Mütəxəssislərin fikrincə, Moldovanın hazırkı Prezidenti Maya Sandu dövlət başçısı postuna seçki kampaniyasında ciddi fərqlə öndə olsa da, qalibin müəyyən edilməsi üçün ikinci tur qaçılmazdır. Ekspertlərin fikrincə, müxalifətin hərəkətlərində parçalanma və koordinasiyanın olmaması Maya Sandunun xeyrinədir. Buna baxmayaraq, onun reytinqi 30 faizi keçmir.

Hazırda 17 namizəd prezidentlik uğrunda mübarizə aparmaq üçün qeydiyyatdan keçib. Seçkiqabağı təşviqat kampaniyasının başlamasına isə iki gün qalır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol