Menu

Putin Azərbaycanda bu şəxslə görüşdən imtina edib - Eyni anda Bakıda olublar

20.08.2024, 12:19
Putin Azərbaycanda bu şəxslə görüşdən imtina edib - Eyni anda Bakıda olublar

Avqustun 18-19-da Azərbaycana səfər edən Rusiya Prezidenti Vladimir Putin Bakıda "Telegram" sosial şəbəkəsinin qurucusu Pavel Durovla görüşdən imtina edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiyanın "Baza" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, "Telegram"-ın qurucusu və Rusiya lideri eyni anda Bakıda olublar. Qeyd olunub ki, səfərdən bir neçə gün əvvəl Prezident Administrasiyasının rəsmiləri Putinə Pavel Durovla görüş təşkil etməyi təklif etsələr də, Putin bundan imtina edib.

İmtina səbəbi, görüşün nəzərdə tutulan mövzusu məlum deyil.

Qeyd edək ki, Putinin Azərbaycana səfəri artıq başa çatıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol