Menu

“Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılıb? - AÇIQLAMA

20.08.2024, 13:58
“Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılıb? - AÇIQLAMA

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması ilə bağlı açıqlama yayıb. 

Açıqlamada bildirilir: "Bu gün bir sıra kütləvi informasiya vasitələri və İnternet resurslarında “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması, “Səba” markası ilə toyuq və toyuq məhsulları istehsalına son qoyulmasına dair məlumat yayılıb.

Azərbaycan quşçuluq təsərrüfatlarının ictimai birliyi olaraq bildiririk ki, reallıqda “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb. Bu istehsalı “Səba Broyler” ASC-nin yaratdığı "Chiken Pro" MMC həyata keçirir.

MMC-rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol