Menu

Özgür Özəl güllələnib? – Özü açıqladı

20.08.2024, 20:36
Özgür Özəl güllələnib? – Özü açıqladı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında yayılan iddialara münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, o, ayağının sındığı hadisə ilə bağlı bunları deyib:“Hadisə Manisadakı evimdə baş verib. Taxta pilləkənlərdən düşərkən yıxıldım. Baxdım şişdi. Üzərinə buz qoyduq. Həkim dostuma zəng etdim. Dedi ki, “iki saatdan bir buz qoy düzələr, sabah isə rentgen elətdir. Sınığa bənzəmir. Ya çat və ya toxuma zədələnməsidir”. Ertəsi gün Ankaraya gəldim, xəstəxanada ayağımı rentgen etdilər. Elektron Hökumət portalında, səhiyyə sistemində bütün rentgen kağızları var. Bu, sadə bir ev qəzasıdır”.

CHP sədri ayağının sınmasıyla bağlı yayılan iddialara isə bu cür müansibət bildirib:“Özünü müxalif və atatürkçü hesab edən, FETÖ-çüləri izləyən dostlarıma deyirəm ki, Ankaradayam, gəlsinlər rentgenə birgə baxaq. FETÖ-çülər “Ergenekon”dan, “Balyoz”dan bəri məni bezdirirlər. Hər fürsətdə bizə hücum edirlər. Biri “güllədən yaralanıb” yazmışdı... Deyirlər guya Bələdiyyə Başçısı Erdal Beşikçioğlu və Vəli Ağbaba ilə bara getmişik. Barda bələdiyyə sədri bir masaya kart göndərib. Kart yanlış masaya gedib və masada əyləşənlər bizə hücum ediblər. Qaçarkən guya ayağım sınıb. Belə lazımsız şeylər yazılır...”.

Qeyd edək ki, Türkiyə mətbuatında Özəlin ayağının sındığı hadisə ilə bağlı silahla vurulduğu, hadisənin sərxoş vəziyyətdə bardan çıxarkən baş verdiyinə dair iddialar gündəmə gəlmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol