Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Şərhlər
Azərbaycanın 1994cü ilə beynəlxalq vəziyyəti Çinlə strateji sazişı yeganə-adekvat çıxış yolu kimi diktə edirdi? Dənizlərə çıxışı olmayan ölkəmizdə, geniş dünyəvi BRİKS ölkələrinin hər biri ilə real-rəqabətli bir müəssisə yaradılması bəlkə də uzunmüddətli faydalı ola?
beyle bostan ekenin tagi belinde olar.....
Bax bu oldu super gözəl iş!Nəhayət,biz bizi aşkarca sevməyən,bizə aşkarca düşmən olan ABŞ və Avropanın üzünə bu hərəkətimizlə tərs şillə çəkdik,göstərdik ki biz Asiya ölkəsiyik və yerimiz də Asiya ölkələrinin yanındadır.ABŞ və Avropanın bizə ögey münasibətinin nəticəsidir bizim BRİKS-ə üzv olmağımız.Qurbağa gölünə daş atmış olduq.Bu, sıradan birisi kimi mənim çoxdankı arzum idi və Türkiyənin də belə addım atmasını arzulamışam həmişə,şərhləimdə də zaman-zaman bildirmişəm.Güman ki yaxın gələcəkdə Gürcüstan da bizim addımımızı atacaq.