Menu

Daşkəsəndə mübahisə qanla bitib

20.08.2024, 22:03
Daşkəsəndə mübahisə qanla bitib

Daşkəsən şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü N. Hümbətov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Müşfiq adlı şəxsin daha bir nəfərlə də mübahisə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol