Demokrat Partiyasının nümayəndələri ABŞ-nin hazırkı Vitse-prezidenti Kamala Harrisi prezidentliyə namizəd kimi təsdiqləyiblər.
“AzPolitika” xəbər verir ki, CNN-in məlumatına görə, səsvermə avqustun 20-də axşam partiyanın Çikaqoda keçirilən milli qurultayında baş tutub.
Kamala Harris və onun vitse-prezidentliyə namizədi, Minnesota qubernatoru Tim Uols avqustun əvvəlində onlayn səsvermədə səslərin əksəriyyətini qazanmışdılar.
Demokratların qurultayı avqustun 19-22-də Çikaqoda keçirilir. Qurultayın son günündə Kamala Harris çıxış edəcək.
Xatırladaq ki, ABŞ-nin hazırkı Prezidenti Co Bayden iyulun 21-də yenidən seçkilərdə iştirak etməkdən imtina edib və Vitse-prezidenti Kamala Harrisi Demokrat Partiyasının namizədi kimi dəstəkləyib.
“AzPolitika.info”

Şərhlər