Amerikanın “The Wall Street Journal” qəzeti Rusiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən yazıb ki, general-polkovnik Aleksandr Lapin Kursk vilayətinin müdafiəsi üzrə idarələrarası şuranı ləğv edib, bununla da sərhəd mühafizəsini zəiflədib. Məqalədə qeyd olunur ki, Lapinin ləğv etdiyi şura ordu və təhlükəsizlik qüvvələrini birləşdirirdi.
“İdarələrarası şuranın vilayətin müdafiəsinin Moskvadan koordinasiyalı təşkilinə kömək edib-etməyəcəyi bəlli deyil. Lakin heç bir orqan Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini işğal etməsinə görə cavabdehliyi üzərinə götürməyib. Moskvanın Kiyev qüvvələrini sıxışdırıb çıxarmaq cəhdləri indiyədək xaotik və səmərəsiz olub”, - qəzet yazır.
Mayın 15-də Lapin Leninqrad Hərbi Dairəsinin rəisi təyin edilib. Bundan əvvəl o, Quru Qoşunlarının qərargah rəisi olub. Rusiyanın Suriya və Ukraynadakı əməliyyatlarında iştirak edib, burada “Mərkəz” qoşun qrupuna komandanı olub. O, 2022-ci ilin oktyabrında Rusiyanın Krasnı Limandakı uğursuzluğuna görə Ramzan Kadırovu tənqid etdikdən sonra bu vəzifədən uzaqlaşdırılıb.
“AzPolitika.info”


Şərhlər